“Qarabağ” “Legiya”ya qarşı
Bu gün "Qarabağ" Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxacaq.
1news.az qol.az-a istinadən xəbər verir ki, Ağdam klubu səfərdə Polşa "Legiya"sı ilə qarşılaşacaq. Varşavanın "Voyska Polskoqo" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın baş hakimi Almaniya Futbol Federasiyasından Tobias Stieler olacaq.
"Qarabağ" bu oyunda qalib gələcəyi təqdirdə, Avroliqanın qrup mərhələsinə yüksələcək.
Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Molde"yə uduzduğu üçün (əsas və əlavə vaxt - 0:0, penaltilər seriyası - 5:6) Avroliqanın pley-off mərhələsində çıxışını davam etdirir.
1 oktyabr
"Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Tobias Ştiler (Almaniya)
1news.az