DİQQƏT! Whatsap-dan spam mesajlar göndərilir
Ölkəmizin ''WhatsApp'' istifadəçilərinə Rusiya ölkə kodlu saxta nömrələrdən həqiqətə uyğun olmayan ''spam'' mesajlar göndərilir.
Bildiririk ki, göndərilən mesajlar təxribat xarakteri daşıyır və həqiqəti əks etdirmir. Məqsəd dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.
1news.az-ın Nəqliyyat Rabitə və Yüksək Texnologiylar Nazirliyinə istinadla verdiyi xəbərə görə, bu cür mesajlar alan istifadəçilərdən xahiş olunur ki, bu mesajlara cavab verməyin, hər hansı keçidə daxil olmayın,''Report spam'' seçimini etməklə mesajı ''spam'' olaraq şikayət edin.
Bundan əlavə, ''Parametrlər'' bölməsindən ''Şikayət et/Report contact'' düyməsini seçməklə kontaktı şikayət və blok edin.
''Spam'' mesajlar ''WhatsApp'' qaydalarını pozur və bu kontaktlar bloklanır.
Hər hansı kiberinsidentlə üzləşdiyiniz və ya metodiki dəstəyə ehtiyacınız olduqda www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edin.
S.Xankişiyeva