“Zirə” və “Neftçi”nin futbolçuları meydana hərbi geyimdə çıxdılar - FOTO | 1news.az | Xəbərlər
Futbol

“Zirə” və “Neftçi”nin futbolçuları meydana hərbi geyimdə çıxdılar - FOTO

17:15 - 03 / 10 / 2020
“Zirə” və “Neftçi”nin futbolçuları meydana hərbi geyimdə çıxdılar - FOTO

Azərbaycan Premyer Liqasının V turunda üz-üzə gələn "Zirə" və "Neftçi" klubları, həmçinin oyunun hakimləri Ordumuza dəstək məqsədilə meydana hərbi formada çıxıblar.

1news.az-ın məlumatına görə, formaların üzərində Azərbaycan və ingilis dillərində "Qarabağ Azərbaycandır" şüarı əks olunub.

Həmçinin tribunanın bir hissəsində Dövlət bayrağı açılıb. Digər hissədə isə "Qarabağ Azərbaycandır" sözləri yazılıb. Start fitindən əvvəl isə Azərbaycan himni səsləndirilib.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma saat 16:00-da start götürüb.

1news.az

Paylaş:
765

Son xəbərlər

Şamaxıda zəlzələ olub

05 / 06 / 2025, 16:34
Bütün xəbərlər