Azərbaycan Prezidenti: Paşinyan o, adam qalmayıb ki, ona zəng etməsin, yalvarmasın, onların ayağına yıxılmasın | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti: Paşinyan o, adam qalmayıb ki, ona zəng etməsin, yalvarmasın, onların ayağına yıxılmasın

21:52 - 04 / 10 / 2020
Azərbaycan Prezidenti: Paşinyan o, adam qalmayıb ki, ona zəng etməsin, yalvarmasın, onların ayağına yıxılmasın

“İndiki vəziyyətdə birinci günahkar Ermənistan rəhbərliyidir. Eyni zamanda, bu məsələyə biganə yanaşan və daim Ermənistanın tərəfini saxlayan və bu işğalı əbədi etmək istəyən bəzi ölkələrin dairələridir”.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib:

“Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın.

Bax budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir”.

Mövzu ilə əlaqədar oxuyun:

Paşinyan yenə Putinə zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edir – CANLI

Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib: Cəbrayıl bizimdir!

“Cəbrayılın 9 kəndi işğaldan azad olunub”  – Ali Baş Komandan

S.Xankişiyeva

 

Paylaş:
501

Son xəbərlər

Bütün xəbərlər