Nikol Paşinyanı devirmə planı işə düşüb - TƏHLİL | 1news.az | Xəbərlər
Ermənistan

Nikol Paşinyanı devirmə planı işə düşüb - TƏHLİL

13:24 - 08 / 10 / 2020
Nikol Paşinyanı devirmə planı işə düşüb - TƏHLİL

Ermənistanın ordusunun Azərbaycanla müharibədə uğursuzluğu və ümumilikdə ölkədə xaos bu respublikada yeni hakimiyyət çevrilişi məsələsini yenidən labüd edir. Təbii ki, uzun müddət idi, Nikol Paşinyan bir çoxu üçün arzuolunmaz şəxsə çevrilmişdi. Onun Qarabağ klanı və ölkədəki Rusiyaya yaxın olan oliqarxiyaya qarşı öz şəxsi ambisiyalarının reallaşması üçün apardığı mübarizədə qazandığı düşmənlər çoxdandır ki, Paşinyana qarşı birləşməkdə və ondan revanş istəyi ilə alışıb yanmaqda idilər.

Nikol Paşinyanın sələfləri kimi yarıtmaz daxili və xarici siyasəti heç kimə sirr deyil. Küçə inqilabı ilə hakimiyyətə gələn və xalqa verdiyi sözlərin heç birini yerinə yetirməyən erməni Baş nazirinə münasibət sadə vətəndaşlar tərəfindən də birmənalı olmadı. Hazırda isə müharibənin əsas günahkarı olan Nikol Paşinyan və onun komandası erməni analarının və ümumilikdə cəmiyyətinin qınaq obyektinə çevrilib. Qarabağ cəbhəsindəki ardıcıl itkilər, “inqilabçı liderin” siyasi ömrünü sürətlə qısaldır.

Bu arada ayrı-ayrı siyasətçilər arasında gizli danışıqların getdiyi xəbərləri də yayılmaqdadır. Vaxtilə danışıqlarda ipucu yarandığı bir vaxtda Levon Ter-Petrosyanı hakimiyyətdən uzaqlaşdıran Robert Köçəryan və Ermənistana havadar dövlət, görünür eyni ssenarini indi də, ortaya atmaq niyyətindədir. Sentyabrın sonuncu günləri Qarabağ klanının lideri, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan işğal altındakı bölgələrə gəlib. Qarabağa hərbi formada gələn Koçaryan tək olmayıb. Onunla birlikdə Ermənistan silahlı qüvvələri Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturov və keçmiş müdafiə naziri Seyran Ohanyan da Qarabağda görünüb. Yeri gəlmişkən, həm Koçaryan, həm Xaçaturov, həm də Ohanyan 1 mart 2008-ci il olaylarına görə açılan cinayət işində əsas təqsirkar şəxslərdirlər. Onlar Qarabağda separatçıların keçmiş “liderləri” Arkadi Qukasyan və Bako Saakyanla görüşüblər. Onun ardınca Ermənistanın başqa bir eks-prezidenti Serj Sarkisyan da Xankəndinə gəlib.

Eyni zamanda, Xankəndində separatçıların indiki başçısı Arutunyan separatçı rejimin keçmiş “müdafiə naziri” Levon Mnatsakanyan, “təhlükəsizlik şurasının keçmiş rəhbəri” Vitali Balasanyan, istefada olan “general” Arşavir Qaramyan, həmçinin, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanla görüş keçirib. Müharibə vaxtı belə görüşün məntiqli olmasını başa düşsək də, görüşdə iştirak edənlərin hamısının Paşinyana münasibətinin “düşmən” səviyyədə olması və onun bir adamının belə bu görüşlərdə iştirak etməməsi artıq Arutunyanın da “çevriliş” komandasında olmasına dəlalət edir.

Maraqlıdır ki, keçmiş prezident Robert Koçaryan separatçı rejimin “keçmiş rəhbərləri” ilə yanaşı, Levon Mnasakanyan, Vitali Balasanyan və Qaramyanla da görüşüb.

Bunun fonunda Ermənistanın keçmiş baş naziri Ovik Abramyan, keçmiş polis rəisi Vladimir Qasparyan, keçmiş vitse-prezident Armen Gevorkyan, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın Qarabağa gəlməsi də xüsusi diqqət çəkir.

Qarabağda mühüm görüşlərin baş tutduğu və Nikol Paşinyana qarşı vahid komandanın gələcək addımlarının müzakirə edilməsindən sonra 5 oktyabr axşam saatlarında Qarabağdan İrəvana qayıdan Robert Köçaryan səhəri gün Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin ilə görüşüb. Məlumdur ki, Koçaryanın Yerevan həbsxanasından təminat qarşılığında azad edilməsində Rusiya amili əsas rol oynayıb. Bu baxımdan, Koçaryanın Qarabağdan təcili İrəvana qayıtması və Rusiya səfiri ilə görüşü düşünməyə əsas verir ki, 1990-cı illərin sonlarında olduğu kimi, indi də, Ermənistanda Qarabağ klanı və Rusiya tərəfindən növbəti çevrilişin baş tutması mümkündür.

Hətta belə görünür ki, bu çevriliş yaxın vaxtlarda baş tutacaq... Beləliklə, Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması ilə Sorros fondundan qurtulan daxili və xarici qruplar müharibənin dayandırılmasından sonra yeni seçkiləri təyin edəcəklər. Eyni zamanda, plana görə müharibənin günahkarı sayılan Nikol Paşinyan və onun komandasının hakimiyyətdən qovan Ermənistanın xarici havadarı və başda Robert Koçaryan olmaqla Qarabağ klanı Azərbaycanla yeni danışıqların simulyasını ortalığa atmaqla cəbhədə döyüşlərin dayandırılmasına nail olmaq istəyirlər. Maraqlı ssenaridir, hər dəfə torpaqların bu və ya digər yollarla qaytarılması məsələsi gündəmdə olanda Ermənistanda hakimiyyət dəyişir. 1998, 1999 və 2018-ci illərdə olduğu kimi...

Lakin Azərbaycan mövqeyində qətidir. Ermənistanın daxilində nəyin necə cərəyan etməsindən asılı olmayaraq biz öz torpaqlarımızın daha 30 il işğalda qalmasına razı olmayacayıq. Bunu Rusiyada da, Ermənistanda da, digər ölkələrdə də bilməlidirlər.

Hər halda erməni xalqı bilməlidir ki, Ermənistanın yeganə çıxış yolu işğal altındakı torpaqları Azərbaycana qaytarmaqdır. Əks təqdirdə, erməni xalqı Cənubi Qafqazın küncdə sıxılan kölə xalq kimi yaşamağa davam edəcək...

Zaur Məmmədov

DİA baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri 

 

Paylaş:
963

Son xəbərlər

Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edibBu gün, 10:07Dünya bazarında qızıl bahalaşmaqda davam edirBu gün, 09:49DYP küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edibBu gün, 09:33AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26Mastercard dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTOBu gün, 09:15Lənkəranda ər arvadını bıçaqlayıbBu gün, 09:04Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44
Bütün xəbərlər