AVRO-2020: 8 komanda mərhələ adlayıb | 1news.az | Xəbərlər
Futbol

AVRO-2020: 8 komanda mərhələ adlayıb

10:17 - 09 / 10 / 2020
AVRO-2020: 8 komanda mərhələ adlayıb

AVRO-2020-nin pley-off mərhələsi start götürüb. 

1news.az apasport.az-a istinadən bildirir ki, ilk oyun günündə yarımfinal görüşləri keçirilib. 

4 yol üzrə mübarizə aparan 8 cüt bir qarşılaşmada münasibətlərini ayırd edib. AVRO-2020-yə vəsiqə şansını qorumaq uğrunda yarışan 16 komanda 4 gündən sonra yenidən meydana çıxmaq üçün mübarizə aparıb. Baş tutan matçların yalnız dördündə qalibi müəyyənləşdirmək üçün 90 dəqiqə yetərli olub.
 
A yolunda İslandiya Rumıniya üzərində qələbə qazanıb. Bolqarıstan Macarıstanla qarşılaşmada meydan amilindən yararlana bilməyib.
 
Nisbətən zəiflərin yer aldığı D yolunda Gürcüstan ev oyununda Belarusu minimal hesabla məğlub edib. Balkanlıların duelində Şimali Makedoniya öz meydanında Kosovonu üstələyib.
 
Digər matçlarda isə əsas vaxt finalçının adına aydınlıq gətirməyib. C yolunda Serbiya əlavə vaxtda vurulan qolla Norveçi məğlubiyyətə uğradıb. Bu yolun Şotlandiya - İsrail matçında, həmçinin B yolunda Bosniya və Herseqovina - Şimali İrlandiya, Slovakiya - İrlandiya qarşılaşmalarında qalibi penaltilər seriyası müəyyənləşdirib.

AVRO-2020-nin pley-off mərhələsi
Yarımfinal
8 oktyabr

A yolu
22:45. Bolqarıstan - Macarıstan - 1:3
Yomov, 89 - Orban, 17, Kalmar, 47, Nikoliçs, 75
22:45. İslandiya - Rumıniya - 2:1
Siqurdsson, 16, 35 - Maksim, 62 (pen.)

B yolu
22:45. Bosniya və Herseqovina - Şimali İrlandiya - 1:1, pen. 3:4
Kruniç, 14 - Makqinn, 53
22:45. Slovakiya - İrlandiya - 0:0, pen. 4:2

C yolu
22:45. Norveç - Serbiya - 1:1, ə.v. 0:1
Norman, 88 - Milinkoviç-Saviç, 82, 103
22:45. Şotlandiya - İsrail - 0:0, pen. 5:3

D yolu
20:00. Gürcüstan - Belarus - 1:0
Okriaşvili, 7 (pen.)
22:45. Şimali Makedoniya - Kosovo - 2:1
Aliti, 16 (avtoqol), Velkovski, 33 - Haderdyonaj, 29

1news.az

Paylaş:
737

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər