Ceyhun Bayramov: Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etməyə məcbur oldu | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etməyə məcbur oldu

16:18 - 10 / 10 / 2020
Ceyhun Bayramov: Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etməyə məcbur oldu

Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etməyə məcbur oldu.

1news.az xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Moskvada qəbul olunmuş bəyanatda Azərbaycanın üstünlüyü aydın görünür: "Həmin bəyanatda Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etdi. Ermənistan iddia edirdi ki, qondarma rejim danışıqlar prosesinə cəlb olunsun. Ancaq qəbul olunan bəyanatda Ermənistan danışıqlar prosesinin dəyişməz olduğunu qəbul etməyə məcbur oldu".

1news.az

Paylaş:
434

Son xəbərlər

Bütün xəbərlər