AZƏRTAC beynəlxalq xəbər agentlikləri təşkilatlarının üzvü olan agentliklərin rəhbərlərinə müraciət ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

AZƏRTAC beynəlxalq xəbər agentlikləri təşkilatlarının üzvü olan agentliklərin rəhbərlərinə müraciət ünvanlayıb

20:11 - 10 / 10 / 2020
AZƏRTAC beynəlxalq xəbər agentlikləri təşkilatlarının üzvü olan agentliklərin rəhbərlərinə müraciət ünvanlayıb

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) Dünya Xəbər Agentlikləri Konqresinə (NAWC), Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Birliyinə (UNA) və tərəfdaş olduğu digər informasiya agentliklərinin rəhbərlərinə müraciət edərək, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, regionda baş verən hadisələri obyektiv və qərəzsiz işıqlandırmağa çağırıb.

Müraciətdə Ermənistan tərəfindən Azərbaycana qarşı son vaxtlar törədilmiş hərbi təxribatlar, müharibə cinayətləri barədə məlumat verilir, Ermənistan rəhbərliyinin və erməni lobbisinin uydurduğu yalan və böhtanların bəzi KİV-lərə yol tapmasından narahatlıq ifadə olunur.

Bildirilir ki, Ermənistan silahlı qüvvələri sentyabrın 27-də atəşkəs rejimini kobudcasına pozaraq, qoşunların bütün təmas xətti boyunca Azərbaycan Ordusunun mövqelərini, habelə cəbhə xəttindən uzaqda yerləşən mülki obyektləri, şəhər və kəndləri atəşə tutub. Nəticədə təkcə son on gündə 30-dan çox dinc sakin həlak olub. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücuma keçib, işğal altındakı torpaqlarımızın azad olunması istiqamətində hərbi əməliyyatlara başlayıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və ağır nəticələrinin qeyd olunduğu müraciətdə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, digər beynəlxalq təşkilatların qərarlarının indiyədək yerinə yetirilmədiyi vurğulanır. Diqqətə çatdırılır ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı beynəlxalq hüquqa əsaslanır və bundan məqsəd Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü təmin etməkdir.

“Təəssüf ki, biz beynəlxalq KİV-lərdə ermənilərin Azərbaycana qarşı hərbi təcavüzünün işıqlandırılmasında qərəzliliyin daha da artmasını müşahidə edirik. Bəzi KİV-lər informasiyanı dəqiqləşdirmədən, Ermənistan Müdafiə Nazirliyinin feyk məlumatları əsasında xəbərlər yayırlar”, - deyə müraciətdə bildirilir və buna konkret misallar göstərilir.

Müraciətdə daha sonra deyilir: “AZƏRTAC sizin bütün sorğularınıza cavab verməyə, hadisələr barədə istənilən məlumatı təqdim etməyə, habelə Azərbaycanın rəsmi mənbələrindən dəqiq informasiya əldə olunmasına kömək göstərməyə hazırdır. Biz əminik ki, tərəfdaş agentliklər jurnalistikanın prinsiplərinə axıradək sadiq qalacaq, onların xəbər lentlərinə regionda baş verən hadisələr barədə feyk məlumatların yol tapmasına imkan verməyəcəklər”.

Xatırladaq ki, AZƏRTAC Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli Xəbər Agentlikləri Birliyi Şurasının (UNA) üzvüdür.

S.Xankişiyeva

 

Paylaş:
594

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər