Kamran Əliyev və Kəmaləddin Heydərov Gəncədədir - FOTO

Baş prokuror Kamran Əliyev və Fövqəladə Hallar naziri Kəmaləddin Heydəriv Gəncədə hadisə yerindədir.
1news.az Trend-ə istinadən bildirir ki, Baş Prokuror və nazir hadisə yerinə baxış keçirir.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri yenidən Gəncə şəhərini raket atəşinə tutub. Belə ki, 17 oktyabr 2020-ci il tarixində gecə saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə təcavüzkar tərəfindən raket zərbələri endirilib.
Ermənistan hücumu nəticəsində Gəncədə 13 nəfər həlak olub, 50-dan çox şəxs yaralanıb.
1news.az
481