Həbib Qetjini məğlub edib karyerasını bitirdi - FOTO | 1news.az | Xəbərlər
İdman

Həbib Qetjini məğlub edib karyerasını bitirdi - FOTO

10:36 - 25 / 10 / 2020
Həbib Qetjini məğlub edib karyerasını bitirdi - FOTO

MMA üzrə UFC-254 turniri başa çatıb.
 
1news.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil olunan yarışda 12 döyüş baş tutub.
 
Gecənin əsas qarşılaşması yüngül çəki dərəcəsində keçirilib. Bu çəkidə UFC-nin çempionu rusiyalı Həbib Nurməhəmmədov ABŞ təmsilçisi Castin Qetjini sınağa çəkib. Nurməhəmmədov 2-ci raundun 2-ci dəqiqəsində boğucu fəndlə rəqibi təslim olmağa vadar edib. Rusiyalı bununla UFC çempionu titulunu qoruyub.

Qeyd edək ki, bunadək MMA-da 28, UFC-də 12 döyüşə çıxan Həbib bütün qarşılaşmalarda qələbə qazanıb. Ümumilikdə 22 qələbə və 2 məğlubiyyəti olan Castin UFC-də 7 döyüşdən beşində qalib gəlibsə, digərlərində uduzub.

Döyüşdən dərhal sonra Həbib karyerasını başa vurduğunu açıqlayıb. O, bunu verdiyi vədlə əlaqələndirib: “Castinlə döyüşə görə UFC-dən mənə zəng edəndə anamla üç gün danışdım. Anama söz vermişdim ki, bu, mənim son döyüşüm olacaq. O istəmirdi ki, mən atasız döyüşüm”.
 
Qeyd edək ki, bir müddət əvvəl Nurməhəmmədovun atası vəfat edib.

1news.az

Paylaş:
677

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər