Poqba Makrona görə yığmadan getdi
"Mançester Yunayted"in futbolçusu Pol Poqba Fransa milli komandasındakı karyerasını başa vurub.
1news.az apasport.az-a istinadla bildirir ki, bu barədə Britaniyanın "Sun" nəşri məlumat yayıb.
Bildirilib ki, ulduz futbolçunun bu qərarı almasına səbəb Fransa prezidenti Emmanuel Makronun müsəlmanlarla bağlı dini ayrı-seçkiliyə yol verməsi olub. Ölkə başçısının İslam dini ilə bağlı açıqlamaları Fransadakı müsəlmanların da narazılığına yol açıb.
Qeyd edək ki, 27 yaşlı orta sahə oyunçusu 2013-2020-ci illərdə Fransa yığmasının heyətində 71 oyun keçirib, 10 qola imza atıb.
1news.az
649