Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb
2020-ci ilin sentyabrında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 245,088 milyon dollar olub ki, bu da ötən ilin sentyabrı ilə müqayisədə 64,109 milyon dollar çoxdur.
1news.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
2020-ci ilin sentyabrında Türkiyədən Azərbaycana ixrac 217,163 milyon dollar, Azərbaycandan idxal isə 27,925 milyon dollara bərabər olub.
Statistikaya əsasən, bu ilin yanvar-sentyabr aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 114,328 milyon dollar artaraq 1,545 milyard dollar təşkil edib.
Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 1,308 milyard dollar, Azərbaycandan idxal isə 237,192 milyon dollara bərabər olub.
2020-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 274,511 milyard dollar təşkil edib.
1news.az