“Cənub Qaz Dəhlizi” ilə tədarük yaxın aylarda başlayacaq - SOCAR | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Cənub Qaz Dəhlizi” ilə tədarük yaxın aylarda başlayacaq - SOCAR

16:42 - 16 / 11 / 2020
“Cənub Qaz Dəhlizi” ilə tədarük yaxın aylarda başlayacaq - SOCAR

Tikintisi başa çatdıqdan sonra Trans-Adriatik boru kəməri (TAP) İtaliyanın "Snam" şirkətinin qazpaylayıcı şəbəkəsi ilə birləşib. Beləliklə, Azərbaycandan Avropaya qədər uzanan boru kəməri Avropanın şəbəkəsi ilə birləşib və qaz tədarükünə tam hazırdır.

1news.az bildirir ki, bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsi artıq başa çatıb:

"Yaxın aylarda bu sistem vasitəsilə ilk dəfə Xəzər hövzəsindən Avropaya birbaşa nəql baş tutacaq. Bu, Azərbaycan üçün əlavə gəlir mənbəyinə çevriləcək. Avropa üçün isə bu, yeni qaz mənbəyi olacaq və enerji təhlükəsizliyinə, tədarük marşrutlarının şaxələndirilməsinə töhfə verəcək".

İ.Əhmədov əlavə edib ki, TAP vasitəsilə ilkin olaraq Avropaya 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır:

"Yunanıstan, Bolqarıstan və İtaliya əsas hədəf bazarlarıdır. İtaliyadan qaz Avropanın digər ölkələrinə nəql olunacaq. Biz 25 il müddətinə qaz satışı üçün müqavilə imzalamışıq. SOCAR "Cənub Qaz Dəhlizi"nə daxil olan bütün layihələrdə iştirak edir. Azərbaycandan və ya gələcəkdə bu sistem vasitəsilə digər ölkələrdən qaz nəqli Azərbaycana gəlir gətirəcək".

1news.az

Paylaş:
876

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər