Azərbaycan Zəngilan və Kəlbəcərdə qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Zəngilan və Kəlbəcərdə qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalayıb

18:01 - 18 / 11 / 2020
Azərbaycan Zəngilan və Kəlbəcərdə qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalayıb

Zəngilandakı Vejnəli və Kəlbəcərdəki Zod qızıl yataqlarında qazıntı işlərinin aparılmasına dair müqavilələr imzalanıb.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə Qarabağın gələcək iqtisadiyyatına həsr olunmuş müzakirələrdə çıxışı zamanı millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, müqavilə "AzerGold" QSC-nin xarici bir şirkətlə birgə təsis etdiyi konsorsium tərəfindən qeyd olunan ərazilərdə qazıntı işlərinin aparılmasını nəzərdə tutur.

"İşğaldan azad olunan ərazilər minalardan təmizlənəndən sonra konsorsium dərhal qazıntı işlərinin aparılmasına hazır olduğunu bildirib", - deyə T. Mirkişili qeyd edib.

1news.az

Paylaş:
1025

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər