Azərbaycan millisi Monteneqronun qələbəsi hesabına C liqasında qalıb | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan millisi Monteneqronun qələbəsi hesabına C liqasında qalıb

09:30 - 18 / 11 / 2020
Azərbaycan millisi Monteneqronun qələbəsi hesabına C liqasında qalıb

Azərbaycan millisi növbəti oyununu keçirib.

1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, yığmamız Millətlər Liqasının qrup mərhələsinin VI turunda Lüksemburqla qarşılaşıb.

İtaliyalı Canni de Byazinin baş məşqçisi olduğu yığma səfər qarşılaşması C liqasının 1-ci qrupunda çıxışını başa vurub. Millimiz 2020-ci ildə son sınağına itkilərlə çıxıb. Abbas Hüseynov zədə, Maksim Medvedev, Təmkin Xəlilzadə və Rahil Məmmədov koronavirusa yoluxma üzündən matçı buraxıb. Meydan sahiblərinin itkiləri daha çox olub. Ümumilikdə 8 futbolçu cəza, zədə və yoluxma səbəbindən qarşılaşmada iştirak etməyib.

İlk yarıda komandamız daha bir itki ilə Bədavi Hüseynovun zədələnməsi ilə üzləşib. Az sonra qapımıza penalti təyin olunub ki, Şahruddin Məhəmmədəliyev rəqibin zərbəsini dəf edib. Qarşılıqlı hücumlarla keçən görüşdə qol vurulmayıb.

Bu, milimizin ardıcıl 4-cü qolsuz heç-heçəsi olub. Millətlər Liqasında Kipr və Monteneqro, yoxlama oyununda Sloveniya ilə qolsuz heç-heçə edən yığma qol həsrətini də 5-ə çatdırıb. 0:0 hesabı ilə başa çatan dörd görüşdən əvvəl də komandamız Monteneqroya uduzub – 0:2.

Bununla da yığma turniri 1 qələbə, 3 heç-heçə və 2 məğlubiyyətlə bitirib. 6 xala malik komandamız 3-cü yeri tutub ki, buna görə də yığma Monteneqroya minnətdar olmalıdır.

Qrupun digər oyununda Monteneqro Kipri darmadağın edib. Bu, balkanlıların qrupda 1-ci yeri tutaraq B liqasına yüksəlməsi üçün yetərli olub. Kipr isə qrup sonuncusu kimi C liqasında qalmaq uğrunda pley-off oynamalı olacaq. Azərbaycan millisi Kiprin qələbə qazana bilməməsi sayəsində C liqasında yerini qoruyub.

Millətlər Liqası
C liqası
1-ci qrup, VI tur
17 noyabr

23:45. Lüksemburq - Azərbaycan - 0:0
Baş hakim: Feliks Zvayer (Almaniya)
Lüksemburq: 12. Ralf Şon, 7. Lars Jerson, 9. Danel Sinani, 3. Enes Mahmutoviç, 19. Aldin Skenderoviç, 16. Leandro Barreyro, 17. Mihael Pinto, 11. Vinsent Til, 20. Edvin Muratoviç, 21. Mauris Devil, 18. Lauren Yan (k)
Ehtiyat oyunçular: 23. Tim Kips, 2. Seid Koraç, 4. Matias Olesen, 6. Florian Bonert, 8. Timote Rupil, 14. Stefano Bensi, 15. Sebastyan Til, 22. Marvin Martins
Baş məşqçi: Lyuk Holts
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 3. Azər Salahlı, 2. Qara Qarayev (k), 18. Anton Krivotsyuk, 7. Tellur Mütəllimov, 10. Mahir Emreli, 21. Amin Seydiyev, 20. İsmayıl İbrahimli, 9. Ramil Şeydayev
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Aydın Bayramov, 4. Şəhriyar Əliyev, 8. Coşqun Diniyev, 11. Musa Qurbanlı, 13. Mert Çelik, 16. Elvin Camalov, 17. Vüsal İsgəndərli, 22. Xəyal Nəcəfov, 19. Rəhim Sadıxov, 6. Vüqar Mustafayev,
Baş məşqçi: Canni de Byazi
Lüksemburq. Joze Bartel stadionu

1

Monteneqro

6

4

1

1

10-2 13

2

Lüksemburq

6

3

1

2

7-5

10

3

Azərbaycan

6

1

3

2

2-4

6

4

Kipr

6

1

1

4 2-10

4

1news.az

Paylaş:
670

Son xəbərlər

Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32
Bütün xəbərlər