Millətlər Liqasında pley-off mərhələsinin cütləri müəyyənləşib
Millətlər Liqasının pley-off matçlarında mübarizə aparacaq komandalar bəlli olub.
1news.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan yığmasının da yer aldığı C liqasında keçirilən son görüşlərin ardından qrup sonuncuları müəyyənləşib.
Kipr və Estoniya bir gün öncədən bilinirdisə, bugünkü oyunların ardından Qazaxıstanla Moldovanın da D liqasına düşməmək üçün yarışacağı dəqiqləşib.
C liqasında qalmaq uğrunda ən yaxşı qrup sonuncusu olan Qazaxıstan və bu liqanın ən zəifi Moldova ilə üz-üzə gələcək. Pley-offun digər cütlüyündə isə Kiprlə Estoniya münasibətlərinə aydınlıq gətirəcəklər.
İlk oyunlar gələn il martın 24-25-də Moldova və Estoniyanın meydanında keçiriləcək. Həmin ayın 28-29-da Qazaxıstan və Kiprdə baş tutacaq cavab qarşılaşmaları ilə D liqasına yuvarlanacaq iki komanda bilinəcək.
1news.az
708