Dünyada koronavirusa yoluxanların sayı 463 mindən çox artıb | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 463 mindən çox artıb

10:02 - 25 / 11 / 2020
Dünyada koronavirusa yoluxanların sayı 463 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 463 mindən çox artıb.

1news.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 463 730 nəfər yeni koronavirusa yoluxub, 7 712 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 58 900 547, ölənlərin isə 1 393 305 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

1news.az

Paylaş:
665

Son xəbərlər

Bütün xəbərlər