Ömər aşırımında hərbi avtomobil qəzaya uğrayıb, 2 hərbçi həlak olub | 1news.az | Xəbərlər
Siyasət

Ömər aşırımında hərbi avtomobil qəzaya uğrayıb, 2 hərbçi həlak olub

17:40 - 29 / 01 / 2021
Ömər aşırımında hərbi avtomobil qəzaya uğrayıb, 2 hərbçi həlak olub

Azərbaycan Ordusuna məxsus hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 28-də Murov dağı istiqamətində yerləşən Ömər aşırımında qeydə alınıb.

Nəticədə iki hərbi qulluqçu həlak olub. Onlar Ramiz Mustafayev və Alıxan Qaragözovdur.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyindən faktı təsdiq ediblər.

Allah rəhmət eləsin!

S.Xankişiyeva

 

Paylaş:
744

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər