Azərbaycandakı diplomatik korpusun nümayəndələrinin işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan bölgəsinə səfəri başlayıb
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan bölgəsinə yola düşüblər.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” səhifəsində yazıb: “Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanda akkreditə olunmuş səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə birlikdə işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan bölgələrini ziyarət etmək üçün yola çıxmışıq”.
S.Xankişiyeva
572