Azərbaycan neftinin qiyməti 62 dolları keçdi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 62 dolları keçdi

10:54 - 11 / 02 / 2021
Azərbaycan neftinin qiyməti 62 dolları keçdi

Dünya birjalarında neftin bu günə olan qiyməti açıqlanıb.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə,Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,32 dollar geriləyərək 61,15 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,34 dollar ucuzlaşaraq 58,36 dollar olub.

Azərbaycan neftinə gəlincə, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,61 dollar artaraq 62,30 dollar təşkil edib. Bu, son bir ilin maksimum göstəricisidir.

“Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

1news.az

Paylaş:
791

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər