Deputat: “Belarus Prezidentinin Azərbaycana səfəri çox lazımlı, vacib bir səfər idi” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Belarus Prezidentinin Azərbaycana səfəri çox lazımlı, vacib bir səfər idi”

Qafar Ağayev17:42 - 15 / 04 / 2021
Deputat: “Belarus Prezidentinin Azərbaycana səfəri çox lazımlı, vacib bir səfər idi”

“Belarus dövləti ilə Azərbaycanın münasibətləri hər zaman yaxşı olub”.

Bu barədə Belarus Prezidenti Aleksand Lukaşenkonun ölkəmizə səfəri ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov deyib. Deputat qeyd edib ki, Belarusla Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq var:

“Belarus Prezidenti beynəlxalq tədbirlərdə, Müstəqil Dövlətlər Birliyinin tədbirlərində də hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, ədalətli mövqe ortaya qoyub. Bu səfərdə də Belarus prezidenti tək gəlməmişdi, böyük bir komanda ilə gəlmişdi. Dövlətlərarası münasibətlərdə, müxtəlif sahələrdə sənədlər imzalandı, əməkdaşlığın, tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün məsləhətləşmələr aparıldı. Eyni zamanda Belarus prezidenti Aleksandr Lukaşenko yenə də açıq-aydın diplomatiyadan kənar sərt mövqeyini ortaya qoydu. Azərbaycanın qələbəsi, gördüyü işlərlə bağlı, Azərbaycanın regionda yüksəlməsi ilə bağlı, ədalətli mövqedə olması ilə bağlı öz fikirlərini bildirdi.

Cənab Prezidentimizin məlumatı əsasında onların özlərinin də istəyi ilə işğaldan azad olunmuş ərazilərimizdə dost əllərini uzatmaq fikrində olduqlarını bildirdilər. Müxtəlif sahələr üzrə mütəxəssislərin gəlməsi, nazirliklərin nümayəndələrinin iştirak etməsi bərpa işlərində Azərbaycana dəstək vermək istədiklərini də nümayiş etirdi. Əməkdaşlığın inkişafı üçün əllərindən gələni edəcəyini bildirdilər".

Deputat qeyd edib ki, Belarus Prezidentinin Azərbaycana səfəri çox lazımlı, vacib bir səfər idi:

“Belarusla Azərbaycan arasında olan isti münasibətlərin daha da inkişaf etdirilməsi üçün qərarlar qəbul edildi, sənədlər imzalandı. Əminliklə demək olar ki, bundan sonra da iki ölkə arasında münasibətlər yüksələn templə inkişaf edəcək”.

Paylaş:
653

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilibBu gün, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparırBu gün, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTOBu gün, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırışBu gün, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edibBu gün, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJBu gün, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaqBu gün, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıbBu gün, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıbBu gün, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşübBu gün, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilibBu gün, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılırBu gün, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02
Bütün xəbərlər