Avropa Liqasında yarımfinalçılar bəlli oldu
Futbol üzrə Avropa Liqası yarımfinal qarşılaşmalarının hər iki cütlüyü məlum oldu.
1news.az xəbər verir ki, iki qarşılaşmanın nəticəsinə görə yarımfinala "Roma", "Mançester Yunayted", "Arsenal" və "Vilyarreal" komandaları vəsiqə qazanıblar.
Avropa Liqası
1/4 finalın cavab oyunları
15 aprel
"Roma" (İtaliya) - "Ayaks" (Niderland) 1:1 (ilk oyun 2:1)
Qol: Dzeko, 72 - Brobbi, 49.
"Mançester Yunayted" (İngiltərə) - "Qranada" (İspaniya) 2:0 (2:0)
Qol: Kavani, 6. Valyexo, 90-öz qapısına.
"Slaviya" (Çexiya) - "Arsenal" (İngiltərə) 0:4 (1:1)
Qol: Pepe, 18. Lakazette, 21; 77. Saka, 24.
"Vilyarreal" (İspaniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) 2:1 (1:0)
Qol: Alkaser, 36. Moreno, 43 - Orşiç, 74.
Püşkatma nəticələrinə əsasən finala çıxmaq üçün ingilis "Arsenal"ı ispan "Vilyarreal"ı ilə və italiyan "Roma"sı "Mançester Unayted"ilə mübarizə aparacaqlar.
İlk oyunlar 29 aprel, cavab qarşılaşmaları isə 6 may tarixlərində keçiriləcəklər. Final oyunu mayın 26-na planlaşdırılıb və Polşanın "Qdansk Arena" meydanında baş tutmalıdır.
Daha əvvəl çempionlar liqasının yarımfinal iştirakşıları bəlli olub: "Mançester Siti" "Pari Sen-Jermen" ilə, Madridin "Real"ı isə Londonun "Çelsi"si ilə görüşəcəklər.
1news.az