Üzgüçülərimiz Avropa çempionatına hazırlaşırlar | 1news.az | Xəbərlər
İdman

Üzgüçülərimiz Avropa çempionatına hazırlaşırlar

21:26 - 18 / 04 / 2021
Üzgüçülərimiz Avropa çempionatına hazırlaşırlar

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə komandası 10-19 Aprel tarixlərində İtaliyanın Lignano Sabbiadora şəhərində keçirilən Dünya seriyası yarışında iştirak edir.

Yarışda iştirak edən idmançılarımız Avropa Açıq çempionatına hazırlıq mərhələsində yaxşı nəticələr göstəriblər:

Raman Saleh 100 m sərbəst üsulla üzmə növündə 53:65
Raman Saleh 100 m bel üzərində üzmə növündə 1:01:50
Dana Şandıbina 100 m sərbəst üsulla üzmə növündə 1:10:28
Dana Şandıbina 100 m bel üzərində üzmə növündə 1:28:44
Vəli İsrafilov 100 m brass növündə 1:05:58

Üzgüçülük idman növü üzrə Avropa Açıq çempionatı 16-22 may 2021-ci il tarixlərində Portuqaliyanın Madeyra şəhərində keçiriləcək.

Qeyd edək ki, hər üç idmançımız Tokio 2020 Yay Paralimpiya Oyunlarına lisenziya əldə ediblər.

Paylaş:
693

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər