Səhiyyə nazirini əvəz edən Teymur Musayev kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Səhiyyə nazirini əvəz edən Teymur Musayev kimdir? - DOSYE

S.Xankişiyeva17:28 - 23 / 04 / 2021
Səhiyyə nazirini əvəz edən Teymur Musayev kimdir? - DOSYE

Bu gün Azərbaycanın səhiyyə naziri Oktay Şirəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə vəzifəsindən azad olunub.

Ölkə başsının digər sərəncamı ilə Teymur Musayev səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyin edilib və səhiyyə naziri vəzifəsinin müvəqqəti icrası ona tapşırılıb.

1news.az Teymur Yusif oğlu Musayev haqqında məlumatı sizə təqdim edir:

O, 1987-1994-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 2003-2004-cü illərdə Strasburq Universitetində, 2013-2015-ci illərdə isə RİSEBA & Riqa Stradis Universitetində təhsilini davam etdirib.

2007-2015-ci illərdə N.Tusi adına Klinikada direktor, 2015-2018-ci illərdə Dobromed Baku Hospitalda direktor, 2016-2019-cu illərdə Qəbələdə yerləşən Chenot Palace Health Wellness Hotelində tibbi direktor, 2019-2020-ci illərdə İtaliyada, Medwellness& SPA mərkəzində baş beynəlxalq məsləhətçi, 2020-ci ildən isə Səhiyyə Nazirliyində Səhiyyənin Təşkili Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Mövzu ilə əlaqədar oxuyun:

Səhiyyə nazinin səlahiyyətlərini Teymur Musayev icra edəcək

Oqtay Şirəliyev vəzifəsindən azad edildi

Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis olunub

Paylaş:
1059

Son xəbərlər

Bütün xəbərlər