“Muğanbank” ilk rübü mənfəət ilə bağlayıb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Muğanbank” ilk rübü mənfəət ilə bağlayıb - FOTO

12:18 - 26 / 04 / 2021
“Muğanbank” ilk rübü mənfəət ilə bağlayıb - FOTO

“Muğanbank” ASC 2021-ci ilin ilk rübünü 1 milyon 593 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 1 milyon 300 min manat xalis zərər ilə bağlamışdı.

2021-ci ilin ilk rübündə “Muğanbank”ın cəmi əməliyyat gəlirləri 15 milyon 600 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 908 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 692 min manat təşkil edib. Bank əməliyyat mənfəətinin 99 min manatını mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. Beləliklə, "Muğanbank" ilk rübü 1 milyon 593 min manat xalis mənfəət ilə bağlayıb.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin ilk rübündə Muğanbank“ın cəmi əməliyyat gəlirləri 11 milyon 806 min manat, cəmi əməliyyat xərcləri 12 milyon 427 min manat, xərclər gəlirləri üstələdiyindən əməliyyat zərəri 621 min manat təşkil etmişdi. Bankın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 679 min manat ayrılması zərərin 1 milyon 300 min manata yüksəlməsinə səbəb olmuşdu.

2020-ci ilin ilk rübü ilə müqayisədə 2021-ci ilin ilk rübündə "Muğanbank"ın qeyri-faiz gəlirləri 2 dəfə artraraq 9 milyon 295 min manat təşkil edib. Qeyri-faiz gəlirlərinin kəskin artması Bankın cəmi gəlirlərinin artmasına və mənfəətin yaranmasına səbəb olub.

MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB

31 Mart 2021-ci il tarixində “Muğanbank” 599 milyon 374 min manat cəmi aktivlərə malik olub, aktivlərin 345 milyon 479 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. 2020-ci ilin sonunda Bank 590 milyon 906 min manat cəmi aktivlərə malik idi, o cümlədən aktivlərin 335 milyon 946 min manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi. İlk rübdə “Muğanbank”ın kredit portfeli 9 milyon 533 min manat və ya 3%-ə yaxın artıb.

MƏCMU KAPİTALI 100 MİLYON MANATA YAXINDIR

31 Mart 2021-ci il tarixində "Muğanbank" 98 milyon 742 min manat məcmu kapitala malik olub. Bankın məcmu kapitalı banklar üçün minimal tələbdən təxminən 2 dəfə çoxdur.

Rüb ərzində Azərbaycan "Muğanbank"ın I dərəcəli kapitalının adekvatlıq əmsalı 15.25%, məcmu kapitalının adekvatlıq əmsalı 18.69% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan (müvafiq olaraq 5% və 10%) əhəmiyyətli dərəcədə yüksək olub.

Reklam hüququnda

Paylaş:
431

Son xəbərlər

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47
Bütün xəbərlər