Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov 1/4 finala çıxdılar | 1news.az | Xəbərlər
İdman

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov 1/4 finala çıxdılar

09:20 - 27 / 04 / 2021
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov 1/4 finala çıxdılar

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn şahmat seriyasının "New In Chess Classic" turnirində qrup mərhələsinin oyunları başa çatıb.

1news.az Trend-ə istinadən bildirir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov qrup oyunlarında ən yaxşı nəticə göstərən 8 şahmatçı arasında yer alaraq dörddəbir finala vəsiqə qazanıblar. Belə ki, Şəhriyar Məmmədyarov son 5 turda 3 qələbə, 2 heç-heçə ilə ümumi xalların sayını 9,5-ə çatdıraraq 3-cü pillədə qərarlaşıb.

Teymur Rəcəbov isə son 5 partiyanı heç-heçə ilə başa çatdırıb, nəticədə 8,5 xalla səkkizinci sırada yer alıb.

Şahmatçılarımızla yanaşı, Maqnus Karlsen, amerikalı şahmatçı Hikaru Nakamura, Uesli So, FIDE-ni təmsil edən Alireza Firuzca, Vyetnam təmsilçisi Le Quanq Lyem, ermənistanlı Levon Aronyan da növbəti mərhələyə keçiblər.

Qeyd edək ki, turnir mayın 2-dək davam edəcək.

"Champions Chess Tour" onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

1news.az

Paylaş:
590

Son xəbərlər

Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54
Bütün xəbərlər