Məmmədyarov yarımfinalda, Rəcəbov uduzdu | 1news.az | Xəbərlər
İdman

Məmmədyarov yarımfinalda, Rəcəbov uduzdu

11:06 - 29 / 04 / 2021
Məmmədyarov yarımfinalda, Rəcəbov uduzdu

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "New In Chess" adlı 5-ci mərhələsində 1/4 finala yekun vurulub.

1news.az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov yarımfinala vəsiqə qazanıb.

1/4 finalın ilk görüşlərində Alireza Firuzcaya (FİDE) 3:1 hesabı ilə qalib gələn 36 yaşlı qrossmeyster bu raundun digər qarşılaşmalarında da rəqibinə şans verməyib. Birinci və üçüncü partiyalarda qara fiqurlarla qələbə qazanan Məmmədyarov ikinci görüşdə heç-heçə edib. Nəticədə 4-cü partiyanı oynamağa ehtiyac qalmayıb. Onun yarımfinaldakı rəqibi 1/4 finalda Le Kuanq Lyemi (Vyetnam) mübarizədən kənarlaşdıran Hikaru Nakamura (ABŞ) olacaq.

Teymur Rəcəbov isə 1/4 finalın ikinci günündə Maqnus Karlsenə uduzaraq mübarizəni dayandırıb. Onların arasındakı ilk görüşlər 2:2 hesabı ilə başa çatmışdı. Karlsen yarımfinalda Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal görüşləri də 2 gün davam edəcək. Qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brekə ehtiyac duyulacaq.

1news.az

Paylaş:
446

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər