“Qızıl buts” kimin olacaq? - AVRO-2020
AVRO-2020-nin 1/8 final mərhələsindən sonra bombardirlər cədvəli açıqlanıb.
1news.az apasport.az-a istinadən xəbər verir ki, siyahıya Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo başçılıq edir.
Artıq çempionatla vidalaşan hücumçunun aktivində 5 top var. Ronaldonun üç izləyicisinin hərəsi 4 dəfə fərqlənib.
Onlardan yalnız çexiyalı Patrik Şik qol sayını artıra bilər. Emil Forsberqlə (İsveç) Kərim Benzema (Fransa) üçün turnir başa çatıb.
Ronaldoya təkcə Şik deyil, üç qol vuran oyunçular da şərik çıxa, hətta keçə bilər. Belçikalı Romelu Lukaku, isveçrəli Haris Seferoviç və ingiltərəli Rahim Sterlinqə bunun üçün iki top lazımdır.
Düzdür, hələ maksimum 3 oyun keçirə biləcək digər futbolçular da "Qızıl buts" uğrunda mübarizəyə qoşula bilər. Lakin bunun üçün həmin oyunçular finişdə yüksək məhsuldarlıq göstərməlidir.
AVRO-2020: 3 və daha çox qol vuranlar:
Kriştiano Ronaldo (Portuqaliya) - 5
Patrik Şik (Çexiya) - 4
Emil Forsberq (İsveç) - 4
Kərim Benzema (Fransa) - 4
Romelu Lukaku (Belçika) - 3
Haris Seferoviç (İsveçrə) - 3
Rahim Sterlinq (İngiltərə) - 3
Jorjinyo Veynaldum (Niderland) - 3
Robert Levandovski (Polşa) - 3
1news.az