Dünyada koronavirusa yoluxma yenidən sürətlənib - ÜST | 1news.az | Xəbərlər
Dünya

Dünyada koronavirusa yoluxma yenidən sürətlənib - ÜST

12:26 - 01 / 07 / 2021
Dünyada koronavirusa yoluxma yenidən sürətlənib - ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirüs xəstəliyinin yüksək səviyyədə olduğunu açıqlayıb. Belə ki, son yeddi gündə 2 600 313 yeni koronavirus xəstəsi qeydiyyata alınıb.

1news.az oxu.az-a istinadən bildirir ki, bu barədə RT xəbər yayıb.

"Yoluxma halları çox yüksək olaraq qalır. Keçən həftə hər gün orta hesabla 370 mindən çox insan xəstələnib", - deyə təşkilat rəhbəri bildirib.

Bununla belə, həftə ərzində dünyada koronavirus xəstələrinin ölüm sayında 10 faiz azalma (57 603) qeydə alınıb.

Xatırladaq ki, bir gün əvvəl qonşu Rusiyada koronavirusun "Delta+" ştammının aşkar edildiyi məlum olmuşdu.

1news.az

Paylaş:
539

Son xəbərlər

Bütün xəbərlər