"Qarabağ" Konfrans Liqasında mərhələ adlayıb
“Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.
1news.az-ın Apasport.az-a istinadən verdiyi xəbərə görə, Ağdam klubu Konfrans Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
II təsnifat mərhələsindən mübarizəyə başlayan Qurban Qurbanovun yetirmələri “Aşdod” səddini adlayıb. Evdə qolsuz heç-heçə edən Premyer Liqanın vitse-çempionu İsraildəki qələbə ilə tur adlayıb.
“Qarabağ” bu qələbəni erkən qol sayəsində qazanıb. Filip Ozobiçin 6-cı dəqiqədəki qolu komandaya mərhələ adlamaq imkanı verib.
Qeyd edək ki, “Qarabağ”ın III təsnifat mərhələsindəki rəqibi AEL (Kipr) – “Vlajniya” (Albaniya) oyununda müəyyənləşəcək.
Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
29 iyul
21:00. “Aşdod” (İsrail) - “Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Filip Ozobiç, 6
Baş hakim: Novak Simoviç (Serbiya)
“Aşdod”: 1. Yoav Jafari, 3. Gil Kohen, 5. Nenad Cvetkoviç, 15. Tom Ben Zaken, 13. Montari Kamaheni, 6. Feras Abu Akal, 99. Oz Bilevi, 77. Yakov Brihon, 23. Martin Rainov, 10. Moussa Baqayoko, 26. Abdul Muqese Zakaria
Ehtiyat oyunçular: 90. Roi Mişpati, 12. Bar Netanel, 9. Şalev Haroş, 14. Yoni Sisay, 16. Zohar Zasano, 18. Guy Dahan, 24. İdan Aharon Dahan, 55. Noar Sabaq, 66. Nir Migel Hasson, 30. Navaf Bzeia, 11. Lior Einbrom, 17. Stav Yizhaq Toriel
Baş məşqçi: Ran Bem Simon
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 2. Qara Qarayev, 6. Patrik Andrade, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 4. Rahil Məmmədov,
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
Aşdod. “Jabotinski” stadionu
İlk oyun – 0:0
1news.az