Bakının kommunal xidmətləri yeni texnika və velosipedlərlə təmin edilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının kommunal xidmətləri yeni texnika və velosipedlərlə təmin edilib – FOTO

S.Xankişiyeva14:36 - 20 / 08 / 2021
Bakının kommunal xidmətləri yeni texnika və velosipedlərlə təmin edilib – FOTO

Paytaxtda şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi ilə bağlı son vaxtlarda bir sıra tədbirlər həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, ölkə başçısı tərəfindən ayrılan maliyyə vəsaiti hesabına müasir tələblərə tam cavab verən 57 ədəd müxtəlif təyinatlı yeni kommunal texnika alınıb.

Xidmətlərin maddi-texniki bazasının gücləndirilməsi üçün əlavə tədbirlər görülür, işçilər mövsümə uyğun yeni geyim və iş üçün lazım olan inventarlarla təmin edilirlər.

Kommunal xidmət əməkdaşlarının qarşısında duran əsas vəzifələrdən biri şəhərin təmizliyinin qorunmasıdır və bu işlər kommunal texnika və işçilərin əl əməyi hesabına gündəlik olaraq tam şəkildə həyata keçirilir. Şəhər ərazisi, vətəndaşların gündəlik gəzinti və istirahət yerləri olan park və xiyabanlar, küçə və prospektlər, mədəniyyət, turizm və iri ticarət obyektlərinin qarşısı, keçid meydançalarının sanitar təmizliyi ciddi nəzarətdə saxlanılır.

Paytaxtda keçirilən kütləvi tədbirlər zamanı, bayram və istirahət günlərində kommunal xidmətlər tərəfindən mərkəz ərazilərdəki sanitar şəraitə nəzarət daha da artırılır. Lakin təəssüf olsun ki, müxtəlif insanlar məsuliyyətsizlik edərək yol kənarlarına, parklara, skamyalara, keçidlərə, ağacların dibinə, yaşıllıq guşələrinə və s. yerlərə istifadə etdikləri su və şirə qablarını, ərzaq qalıqlarını, siqaret qutularını və digər tullantıları atırlar. Bu da həm sakinlərimiz, həm də paytaxta gələn qonaqların haqlı narazılığına səbəb olur, şəhərimizi çirkləndirir.

Belə halların qarşısının alınması, təmizlik işləri zamanı operativliyin təmin edilməsi üçün mövcud təmizlik qrafikindən kənar təmizləmələrin aparılmasına kömək edilməsi və şəhərimizin sanitar təmizlıyinin yüksəlməsinə yardımçı olmaq məqsədi ilə paytaxt rayonlarının Mənzil Kommunal Təsərrüfatı Birliklərinə əlavə kömək olaraq yeni velosipedlər verilib. Velosipedlər iri məişət texnikasının yaxınlaşa bilmədiyi yerlərdə, parklardakı ensiz cığırlarda və s. yerlərdə operativ təmizlik tədbirlərinin aparılmasında istifadə ediləcək, kommunal işçilərin əməyinin yüngülləşməsinə köməklik göstərəcəkdir.

Paylaş:
655

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər