Tokio Paralimpiya Oyunlarında 36 idmançımız 9 idman növündə mübarizə aparacaqlar - FOTO
Bu gün Azərbaycan Paralimpiya Komandası Tokioya yola salınıb.
1news.az xəbər verir ki, H.Əliyev Beynəlxalq Hava Limanında idmançılarımızı Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Fərid Mansurov, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Vətən müharibəsi iştirakçıları, Qazilər, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 24 avqustdan 5 sentyabradək Tokio Paralimpiya Oyunlarında 36 idmançımız 9 idman növündə, 47 proqramda mübarizə aparacaqlar.
Xatıradaq ki, ölkəmiz bundan öncəki, Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında 22 idmançı ilə təmsil olunmuş, 1 qızıl, 8 gümüş və 2 bürünc medal qazanmışdı.
Aytən Sakitqızı
755