Azərbaycan hərbçiləri Moskvada yaradıcılıq müsabiqəsində iştirak edir – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan hərbçiləri Moskvada yaradıcılıq müsabiqəsində iştirak edir – FOTO

S.Xankişiyeva16:16 - 21 / 08 / 2021
Azərbaycan hərbçiləri Moskvada yaradıcılıq müsabiqəsində iştirak edir – FOTO

“Beynəlxalq Ordu Oyunları - 2021” çərçivəsində Rusiya Federasiyasının Moskva şəhərində "Mədəniyyət Ordusu" yaradıcılıq müsabiqəsi keçirilir. Müsabiqədə Azərbaycanı Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının kollektivi təmsil edir.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Yaradıcılıq müsabiqəsində komandamız "Vokal ustalığı", "Xoreoqrafik bacarıq", "Instrumental janr" və "Sərgi fəaliyyəti" mərhələləri üzrə mübarizə aparacaq.

Müsabiqə çərçivəsində hərbçilərimizin ifasında milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin ifası və Azərbaycan milli rəqsləri təqdim olunacaq.

Müsabiqə avqustun 22-dən sentyabrın 5-nə kimi davam edəcək.

Qeyd edək ki, yarışlarda 20-dək ölkədən beş yüzdən artıq musiqiçi, vokalist və rəqqas iştirak edəcək.


Paylaş:
570

Son xəbərlər

Bütün xəbərlər