Mehriban Əliyeva Azərbaycanda millətlərarası və dinlərarası qarşılıqlı anlaşmanın təmin olunması işinə çox vacib töhfə verir | 1news.az | Xəbərlər
Siyasət

Mehriban Əliyeva Azərbaycanda millətlərarası və dinlərarası qarşılıqlı anlaşmanın təmin olunması işinə çox vacib töhfə verir

S.Xankişiyeva16:18 - 25 / 08 / 2021
Mehriban Əliyeva Azərbaycanda millətlərarası və dinlərarası qarşılıqlı anlaşmanın təmin olunması işinə çox vacib töhfə verir

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanda millətlərarası və dinlərarası qarşılıqlı anlaşmanın təmin olunması işinə çox vacib töhfə verir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu ISESCO-nun sabiq baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz bin Osman əl-Tüveycri deyib.

O bildirib ki, Mehriban Əliyevanın millətlərarası və dinlərarası dialoq mövzusunda görüşlərdə, forum və konfranslarda iştirakı, eləcə də müxtəlif etnik və dini qruplara qarşılıqlı anlaşma və dinc birgəyaşayış mühitinin möhkəmləndirilməsi üçün dialoqda iştirak etmək çağırışları bu sahədə işləyən hər kəs, həmçinin geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Sabiq baş direktor qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti öz ölkəsinin bir çox sahələrdə, o cümlədən təhsil, mədəniyyət, ekologiya, sosial sfera kimi sahələrdə inkişafında böyük rol oynayır:

“Mehriban Əliyeva Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və xalqın rifahına nail olmaq işinə dəstək göstərilməsinə sadiqdir. Birinci vitse-prezident dövlət idarəçiliyi sahəsində tam gücü və səmimiyyəti ilə işləyir. Ölkə rəhbərliyinin müdrik siyasəti nəticəsində Azərbaycan müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında körpüyə və bütün dünyada sülh və təhlükəsizliyin dəstəklənməsi işində hörmət olunan tərəfdaşa çevrilib”.

O, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın cəmiyyətdə qadınların rolunun artırılmasında işini yüksək qiymətləndirib:

“Azərbaycanda qadınlar böyük inkişafa nail olub və cəmiyyətdə mühüm mövqelərdə dayanır. Bu, ölkə rəhbərliyinin müdrik siyasəti olmadan baş verməzdi. Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan qadınlarını inkişaf və rifah yolunda addımlamağa həvəsləndirməklə, onlara ruhlandırıcı nümunə verir”.

ISESCO-nun sabiq baş direktoru Birinci vitse-prezident Mehriban Əliyevanın Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işini dəstəkləməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu, Mərkəzin öz missiyasını daha məhsuldar yerinə yetirməsinə xidmət edir.

Paylaş:
591

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər