Bakıxanov, Bilgəh və Ramanada yolların yenidən qurulması üçün 7,4 milyon manat ayrıldı | 1news.az | Xəbərlər
Rəsmi

Bakıxanov, Bilgəh və Ramanada yolların yenidən qurulması üçün 7,4 milyon manat ayrıldı

S.Xankişiyeva15:18 - 27 / 08 / 2021
Bakıxanov, Bilgəh və Ramanada yolların yenidən qurulması üçün 7,4 milyon manat ayrıldı

Prezident İlham Əliyev Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncama əsasən Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov, Bilgəh və Ramana qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 7,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Paylaş:
536

Son xəbərlər

Bütün xəbərlər