Azərbaycanlı paracüdoçu qızıl medal qazanıb - FOTO | 1news.az | Xəbərlər
İdman

Azərbaycanlı paracüdoçu qızıl medal qazanıb - FOTO

12:10 - 27 / 08 / 2021
Azərbaycanlı paracüdoçu qızıl medal qazanıb - FOTO

Azərbaycanlı paracüdoçu Şahanə Hacıyeva Tokio-2020 16-cı Yay Paralimpiya Oyunlarında cüdo üzrə qadınlar arasında 48 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, idmançı finalda fransalı paracüdoçu Sandrin Martineni məğlub edib.

Qeyd edək ki, kişilər arasında 60 kiloqram çəki dərəcəsində paracüdoçu Vüqar Şirinli də finala vəsiqə qazanıb. Onun finalda rəqibi qazaxıstanlı Anuar Sarıyev olacaq.

Xatırladaq ki, bundan əvvəl azərbaycanlı pauerliftinqçi Pərvin Məmmədov bürünc medal qazanmışdı.

Paylaş:
899

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər