Hulusi Akar Əfqanıstanda sülhməramlı missiyadakı əməkdaşlığa görə Azərbaycana təşəkkür edib | 1news.az | Xəbərlər
Siyasət

Hulusi Akar Əfqanıstanda sülhməramlı missiyadakı əməkdaşlığa görə Azərbaycana təşəkkür edib

S.Xankişiyeva15:17 - 28 / 08 / 2021
Hulusi Akar Əfqanıstanda sülhməramlı missiyadakı əməkdaşlığa görə Azərbaycana təşəkkür edib

Türkiyənin müdafiə naziri Hulusi Akar Əfqanıstanda sülhməramlı missiyadakı əməkdaşlığa görə Azərbaycana təşəkkür edib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Kabildən təxliyə edilən Türkiyə sülhməramlıları üçün Ankarada təşkil olunan mərasimdə çıxış edən H. Akar Türkiyə Silahlı Qüvvələrinin Əfqanıstanda indiyədək göstərdiyi layiqli xidmətə görə təşəkkürünü bildirib və onları təbrik edib: “Kabildə hərbi qüvvələrimizlə birlikdə əməkdaşlıq edən Azərbaycan hərbçilərinə, nazirliklərə və qurumlara bizə verdikləri dəstəyə görə təşəkkür edirəm”.

Paylaş:
602

Son xəbərlər

Bütün xəbərlər