Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi yad edilib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi yad edilib – FOTO

S.Xankişiyeva17:42 - 01 / 09 / 2021
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi yad edilib – FOTO

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasında xüsusi xidmətlərinə və işğal altındakı ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunələrinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş polkovnik Zaur İsmayıl oğlu Nudirəliyevin doğum günündə şəhidin anım tədbiri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Müdafiə Nazirliyi, Hərbi Hava Qüvvələri və Nərimanov Rayon İcra Hakimiyyətinin rəsmiləri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin müəllim və kursantları, şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilər, eləcə də ictimaiyyət nümayəndələri İkinci Şəhidlər xiyabanını ziyarət edərək Vətən Müharibəsi Qəhrəmanı polkovnik Z.Nudirəliyevin məzarı qarşısına əklil və gül çələngləri qoyub, xatirəsini ehtiramla anıblar.

İgid təyyarəçinin doğum günü münasibətilə keçirilən tədbirdən əvvəl Birinci və İkinci Qarabağ müharibələrində şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.

Polkovnik Abdulla Qurbani tariximizin şanlı səhifələrindən hesab edilən Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazanılan möhtəşəm qələbədə Hərbi Hava Qüvvələrinin müstəsna rolundan danışaraq deyib: “İşğal altındakı ərazilərimiz yüksək dağlıq relyefə malik olduğundan bu yerləri qırıcı təyyarələrin, döyüş helikopterlərinin, hava hədəflərini vuracaq texnikaların, müasir aviasiya vasitələrinin istifadəsi olmadan azad etmək mümkünsüz idi. Odur ki, müharibənin ilk günündən yeni nəsil təyyarə və helikopterlərinə, dağıdıcı aviasiya vasitələrinə malik olan Hərbi Hava Qüvvələrimiz düşmən üzərinə sarsıdıcı zərbələr endirdi, onların hava hücumlarının qarşısını mərdliklə aldı və qoşunlarımızın ildırım sürətilə irəliləməsinə zəmin yaratdı. Erməni quldurlarının illərlə betonlayıb bərkitdiyi yüzlərlə bunker-sığınacaq, silah-sursat anbarı, zenit-raket kompleksi, artilleriya qurğusu, radiolokasiya stansiyası, radioelektron mübarizə vasitəsi, komanda-qərargah məntəqəsi, müxtəlif hərbi texnika və infrastrukturu məhv edildi. Hərbi Hava Qüvvələrimiz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qarşıya qoyulan bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Azadlıq meydanında keçirilən Zəfər paradına böyük ruh yüksəkliyi, qələbə əhval-ruhiyyəsi ilə qatıldı.

Hərbi Hava Qüvvələrinin hərbi qulluqçularından general-mayor Namiq İslamzadə, polkovnik Zaur Nudirəliyev (ölümündən sonra), polkovnik Elnur Qebedov, polkovnik-leytenant Səfər Qurbanov, polkovnik-leytenant Ramiz Qasımov (ölümündən sonra), polkovnik-leytenant Rəşad Nadirov və mayor Rəşad Qasımlı “Vətən Müharibəsi Qəhrəmanı” adına, Hərbi Hava Qüvvələrinin komandanı-müdafiə nazirinin müavini general-leytenant Ramiz Tahirov “Zəfər” ordeninə layiq görüldü. Onlarla hərbi qulluqçu “Qarabağ”, “Rəşadət”, “Azərbaycan Bayrağı” və digər döyüş orden və medalları ilə təltif olundu”.

Polkovnik A.Qurbani qeyd edib ki, Vətən müharibəsində qazandığımız tarixi Zəfər də ulu öndər Heydər Əliyevin arzusudur. Bu arzunu isə Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və polad iradəsi, hücum diplomatiyası, sərkərdəlik məharəti, qətiyyəti və dəmir yumruğu sayəsində döyüş meydanlarında vuruşaraq reallaşdırdıq.

“Ulu Öndərimiz 50 il əvvəl indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaradarkən Azərbaycanın gələcəyini, bu günümüzü düşünürdü. Uzaqgörən dahi liderimiz istəyirdi ki, Azərbaycan oğulları digər sahələrlə yanaşı, hərb elminin bütün sahələrinə də yiyələnsinlər. Həm quruda, həm dənizdə, həm də səmada Azərbaycanın müstəqilliyini, təhlükəsizliyini qoruya bilən peşəkar hərbçi kadrlarımız olsun. Heydər Əliyev istəyirdi ki, bizim güclü milli aviasiyamız olsun, bizim cəsur şahinlərimiz olsun, bu şahinlər öz məharətlərini bütün dünyaya göstərsinlər, o cümlədən keçmiş illərdə bizim millətə bu sahədə bacarıqsız kimi qiymət verən adamlara göstərsinlər ki, azərbaycanlılar hər bir işin öhdəsindən gəlməyə qadirdirlər. Azərbaycan xalqı istedadlı xalqdır, onun istedadı hərbi sahədə də ən yüksək səviyyədə ola bilər. Azərbaycanlıların istedadı, qabiliyyəti səmanı fəth etməkdə də ən yüksək səviyyədə ola bilər. Ulu Öndərimiz əmin idi ki, bu, belə də olacaqdır. Çünki dahi rəhbərimiz Azərbaycan gənclərinin həm fiziki cəhətdən genetik keyfiyyətlərinin yüksək olmasını, həm də xaraktercə, xasiyyətcə cəsur olmasını yaxşı bilirdi. 1997-ci il oktyabrın 15-də Azərbaycan Hərbi Təyyarəçilər Məktəbinin ilk buraxılışında milli şahinlərimizin uçuşlarını izləyən unudulmaz Heydər Əliyevin hansı hisslər keçirdiyini Hərbi Hava Qüvvələrinin nisbətən yaşlı əməkdaşları yaxşı xatırlayırlar. Həmin gün Ulu Öndərimizin sevinci yerə-göyə sığmırdı. Sevinirdi ki, artıq milli şahinlərimiz Azərbaycanın səmasını qorumağa, Azərbaycanın ərazisini qorumağa Azərbaycanın müstəqilliyini qorumağa qadirdirlər”, - deyə A.Qurbani vurğulayıb.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu Zaur Nudirəliyev o vaxt Türkiyə Respublikasında Ali Hərbi Hava Qüvvələri Məktəbinin ikinci kursunda təhsil alırdı. O, 1999-cu ildə qardaş Türkiyədə təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra Azərbaycana qayıdıb və Hərbi Hava Qüvvələrində aviasiya eskadrilyası aviasiya manqasının təyyarəçisi, baş təyyarəçisi, komandiri, “Su-25” qırıcı təyyarələri üzrə aviasiya eskadrilyasının qərargah rəisi, komandiri, aviabaza komandirinin uçuş hazırlığı üzrə müavini və nəhayət, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Hava Qüvvələri fakültəsinin uçuş hazırlığı kafedrası rəisinin müavini - uçuş fənləri silsiləsinin rəisi vəzifələrində xidmət edib.

Vətən müharibəsinin ilk günündə sevimli qırıcı təyyarəsinin sükanı arxasına keçən qəhrəman təyyarəçimiz Z.Nudirəliyev xidməti vəzifələrinin öhdəsindən layiqincə gələrək düşmənin hərbi obyektlərinin, döyüş mövqelərinin darmadağın edilməsində şəxsi igidlik, şücaət və rəşadət nümunələri göstərib. Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində 7 gün ərzində 12 uçuşu uğurla başa vurur, Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olmasını təmin edib. Lakin oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü döyüş uçuşunu reallaşdırsa da düşmənin hava hücumundan müdafiə qüvvələri tərəfindən onun idarə etdiyi təyyarə vurulub. Ağır yaralanan Zaur təyyarədən katapult edə bilərdi. Ancaq Ermənistan tərəfinə əsir düşməmək üçün təyyarəni düşmənin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırpır və şəhid olub. İgid təyyarəçimiz qələbə gününü görməsə də, onun və bütün şəhidlərimizin intiqamı düşməndən artıqlaması ilə alındı. Torpaqlarımız işğaldan azad edildi, Zəfər bayrağımız Şuşada və digər rayon mərkəzlərində əzəmətlə dalğalanır. Otuz illik Qarabağ həsrətinə son qoyulub.

İlk milli pilotlarımızdan olan polkovnik Zaur Nudirəliyevin ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə ona “Vətən Müharibəsi Qəhrəmanı” adı verilir, bir neçə döyüş medalına layiq görülüb.

Hərbi Hava Qüvvələrinin komandanı - müdafiə nazirinin müavini general-leytenant Ramiz Tahirov Vətən müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin milli hərbi aviasiyamızın novator, yenilikçi təyyarəçilərindən biri olduğunu qeyd edərək deyib: “Zaur bir sıra yeni üsulların müəllifidir və həmin üsulları sınaqdan keçirərək döyüşlərdə uğurla tətbiq edib. Vətən müharibəsindən bir müddət öncə komandanlıq tərəfindən “Su-25” hücum təyyarələrinin yeni döyüş üsullarının istifadə olunması ilə bağlı qərar veriləndə biz bu işi qardaş Türkiyədə təhsil almasını və bir çox dövlətlərin hərbi hava qüvvələri ilə aparılan hərbi təlimlərdə böyük təcrübə toplamasını nəzərə alaraq Zaur Nudirəliyevə həvalə etdik. Zaur etimadımızı doğrultdu. O, mütəmadi olaraq hərbi təlimlər zamanı “Su-25” hücum təyyarələrinin tam döyüş potensialından bəhrələnərək nişangah istifadə etmədən, yalnız riyazi üsullarla bombaların atılması üsulunu icra etdi ki, bu da NATO standartlarına tam uyğundur və digər təyyarəçilərə də bunu peşəkarlıqla aşılayıb. Bu gün Hərbi Hava Qüvvələrində qəhrəman təyyarəçimiz polkovnik Zaur Nudirəliyevin davamçıları kifayət qədərdir və onlar Azərbaycanın hava məkanını etibarlı şəkildə qoruyublar. Qəhrəman təyyarəçimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq, onun qəhrəmanlıq nümunələri gələcək pilotlarımıza örnək olaraq göstəriləcək”.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi, şəhid ailələrinin sosial problemlərinin həlli istiqamətində rayonda görülən işlərdən danışıb və Nudirəliyevlər ailəsinin də daim diqqətdə saxlanıldığını, hər cür qayğı ilə əhatə olunduğunu bildirib.

“Qarabağ” ordenli polkovnik-leytenant Reyhun Fərmanov çıxış edərək deyib: “Zaur qardaşımızın idarə etdiyi “Su-25” hücumçu təyyarə əsasən aşağı hündürlükdə istifadə üçün təyin olunub. Əgər aşağı və orta hündürlüklərdə uçarsa hava hücumundan müdafiə vasitələri tərəfindən vurulma ehtimalı çoxdur. Amma polkovnik Nudirəliyevin araşdırmaları nəticəsində “Su-25” hücum təyyarəsinin göstəricilərindən məharətlə istifadə olunub, nəticədə yeni bir döyüş üsulu ərsəyə gəlib. Bu təyyarələrdə bomba atışının tam dəqiq olması üçün birinci dəfə olaraq aşağı və ya orta hündürlükdən yox, məhz yuxarı hündürlükdən istifadə olunub. Bu üsul təcrübədə uğurlu alındığı üçün Vətən müharibəsi zamanı geniş istifadə olunub və nəticədə Ermənistan silahlı qüvvələrinin dayaq məntəqələrinə, o cümlədən canlı qüvvələrinə ağır zərbələr endirilib. Unudulmaz komandirimizin təcrübəsi nəticəsində lazer güdümlü bombalar ilk dəfə “Su-25” hücum təyyarəsindən atılıb. İllər ötəcək, komandirimizin yenilikləri daha da təkmilləşdiriləcək və onun adı və qəhrəmanlığı hər birimizin yaddaşında əbədi yaşayacaq”.

Şəhid qəhrəmanın qızı Azərbaycan Dövlət İqtisad Universitetinin ikinci kurs tələbəsi Pəri Nudirəliyeva atasının adının əbədiləşdirilməsi, xatirəsinin əziz tutulması və ailələrinə göstərilən diqqətə görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin, Hərbi Hava Qüvvələrinin, Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Xatirə mərasimi hərbi orkestrin ifa etdiyi “Qələbə Marşı”nın sədaları altında başa çatıb.

Paylaş:
670

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər