Qubada 19 yaşlı qadın üçəm dünyaya gətirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada 19 yaşlı qadın üçəm dünyaya gətirib

S.Xankişiyeva10:40 - 10 / 09 / 2021
Qubada 19 yaşlı qadın üçəm dünyaya gətirib

Quba Regional Perinatal Mərkəzində üçəm doğulub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Şabran şəhər sakini 19 yaşlı Qızılgül Zabitlinin dünyaya gətirdiyi körpələrdən ikisi qız (2 və 2,2 kq), biri isə oğlan (1,4 kq) uşağıdır.

Həkimlər bildirib ki, hazırda uşaqlar sərbəst nəfəs alır, çəkiləri artır və laborator göstəriciləri yaxşılaşır: "Onların yaxın günlərdə evə buraxılması nəzərdə tutulub".

Paylaş:
434

Son xəbərlər

Bütün xəbərlər