Əfqanıstan aclıq və yoxsulluq təhlükəsi ilə üz-üzə | 1news.az | Xəbərlər
Dünya

Əfqanıstan aclıq və yoxsulluq təhlükəsi ilə üz-üzə

11:40 - 10 / 09 / 2021
Əfqanıstan aclıq və yoxsulluq təhlükəsi ilə üz-üzə

"Əfqanıstanda katastrofik vəziyyət yaranıb, ilk növbədə humanitar problemləri həll etmək lazımdır".

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu BMT-nin Əfqanıstana Yardım Missiyasının rəhbəri Debora Layons deyib.

"Ölkədə katastrofik vəziyyət yaranıb: pul yoxdur, qida məhsulları bahalaşır, beynəlxalq birlik və bir çox donor vəsaitlərin "Taliban"ın əlinə keçəcəyindən ehtiyat edərək maliyyə axımını dayandırıb", - deyə Layons bildirib.

"Ailəm acdır, qızımı satmalıyam"

O, həmçinin vurğulayıb ki, maliyyələşdirmə prosesi bərpa olunmasa, Əfqanıstan iqtisadi böhran ilə üzləşəcək. Bu isə milyonlarla insanı yoxsulluq və aclıq ilə üz-üzə qoyacaq, həmçinin ölkədən insanların kütləvi şəkildə getməsi ilə nəticələnəcək.

Onun sözlərinə görə, Əfqanıstan əsas olaraq idxaldan asılıdır və pulsuz, hətta dərman belə ala bilməyəcək.

1news.az

Paylaş:
772

Son xəbərlər

Bütün xəbərlər