Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndə heyəti Ağdamda İmarət kompleksini ziyarət edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndə heyəti Ağdamda İmarət kompleksini ziyarət edib – FOTO

S.Xankişiyeva15:03 - 11 / 09 / 2021
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndə heyəti Ağdamda İmarət kompleksini ziyarət edib – FOTO

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndə heyətinin Ağdama səfəri davam edir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, səfər iştirakçıları ilk olaraq, Pənahəli xanın İmarət kompleksini ziyarət ediblər. Qonaqları Azərbaycan Respublikası Prezidentinin İşğaldan azad olunmuş Ağdam rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Nümayəndə heyəti erməni vandallığına məruz qalmış İmarət kompleksi, dağıdılmış türbələr və məzarlara baxış keçiriblər. Bu abidələr haqqında onlara ətraflı məlumat verilib.

Daha sonra Emin Hüseynov səfər iştirakçılarını Ağdam şəhərinin baş planı ilə tanış edib.

Paylaş:
586

Son xəbərlər

Bütün xəbərlər