Laçında keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Laçında keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb - VİDEO

S.Xankişiyeva15:32 - 11 / 09 / 2021
Laçında keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatıb - VİDEO

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi başa çatıb.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər.

Hər iki ölkənin hərbi qulluqçularının təlimdə nümayiş etdirdiyi peşəkarlıq yüksək qiymətləndirilib.

Paylaş:
527

Son xəbərlər

Bütün xəbərlər