Putin özünütəcrid rejiminə keçib | 1news.az | Xəbərlər
Dünya

Putin özünütəcrid rejiminə keçib

13:21 - 14 / 09 / 2021
Putin özünütəcrid rejiminə keçib

Rusiya prezidenti Vladimir Putin ətrafında qeydə alınan koronavirus halları ilə bağlı özünütəcrid rejiminə keçib.

1news.az-ın məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Eyni zamanda, V.Putinin özünün xəstəliyə yoluxub-yoluxmaması barədə məlumat verilməyib.

Qeyd olunub ki, özünütəcrid rejimi ilə əlaqədar Rusiya prezidenti Kollektiv Təhükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində videokonfrans formatında iştirak edəcək.

Paylaş:
597

Son xəbərlər

Bütün xəbərlər