Baş nazir buğda və unun qiyməti ilə bağlı yeni qərar imzalayıb | 1news.az | Xəbərlər
Siyasət

Baş nazir buğda və unun qiyməti ilə bağlı yeni qərar imzalayıb

S.Xankişiyeva15:06 - 16 / 09 / 2021
Baş nazir buğda və unun qiyməti ilə bağlı yeni qərar imzalayıb

Baş nazir Əli Əsədov "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb.

1news.az-ın verdiyi xəbərə görə, dəyişikliklə 2021-ci il sentyabrın 1-dən bu Qərarın 4-cü hissəsində nəzərdə tutulmuş dayanıqlı mexanizm formalaşdırılanadək un istehsalçılarına satılan unun hər tonuna görə ödənilməli subsidiyanın məbləği aşağıdakı qaydada hesablansın, bu Qərara və bu Qərarın 2.1-ci bəndi ilə müəyyən edilmiş Qaydaya uyğun subsidiya veriləcək.

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər