Napoleonun baş geyimi hərraca çıxarılır | 1news.az | Xəbərlər
Dünya

Napoleonun baş geyimi hərraca çıxarılır

17:35 - 17 / 09 / 2021
Napoleonun baş geyimi hərraca çıxarılır

Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır.

1news.az oxu.az-a istinadən xəbər verir ki, qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub.

Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatoruna məxsus, təxminən, 1 000 əntiq əşya satışda olacaq.

Mütəxəssislər bildiriblər ki, baş geyimi onun indiki sahibinə azı 600 min avro gəlir qazandıracaq.

1news.az

Paylaş:
832

Son xəbərlər

Bütün xəbərlər