Xocavənd istiqamətində hər hansı partlayış baş verməyib – Müdafiə Nazirliyi | 1news.az | Xəbərlər
Siyasət

Xocavənd istiqamətində hər hansı partlayış baş verməyib – Müdafiə Nazirliyi

S.Xankişiyeva15:39 - 21 / 09 / 2021
Xocavənd istiqamətində hər hansı partlayış baş verməyib – Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata cavab verib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib.

"Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur. Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq".

Paylaş:
616

Son xəbərlər

Bütün xəbərlər