Azərbaycan və Macarıstan arasında saziş imzalanıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Macarıstan arasında saziş imzalanıb – FOTO

S.Xankişiyeva15:09 - 23 / 09 / 2021
Azərbaycan və Macarıstan arasında saziş imzalanıb – FOTO

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Macarıstan xarici işlər naziri Peter Siyarto ilə görüşüb.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşün əvvəlində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Macarıstanın Milli Arxivi arasinda “Arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub, Azərbaycan və macar xalqları arasında münasibətlərin tarixi köklərə əsaslandığı vurğulanıb.

Görüşdə, həmçinin iki ölkə arasında nəqliyyat, enerji, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası yaranmış yeni əməkdaşlıq imkanları, habelə azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa işləri barəsində ətraflı məlumat verib.

Macarıstan tərəfi münaqişənin təsirinə məruz qalan ərazilərin bərpası və quruculuğu prosesində iştirakda maraqli oldugunu ifadə edib.

P.Siyarto Macarıstana dost ölkə olan Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verildiyini və ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini bildirib.

Macarıstanla Azərbaycan arasında enerji sahəsində də geniş əməkdaşlıqdan danışan nazir qeyd edib ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır və Avropaya enerji təchizatı marşrutlarının şaxələndirilməsinin təmin edilməsində mühüm rol oynayır.

Görüşdə iki ölkə arasındakı münasibətlərin bundan sonrakı inkişafı, habelə tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.

Paylaş:
437

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər