Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyası çərçivəsində üzv ölkələrin xarici işlər nazirləri ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyası çərçivəsində üzv ölkələrin xarici işlər nazirləri ilə görüşüb – FOTO

S.Xankişiyeva17:10 - 23 / 09 / 2021
Ceyhun Bayramov BMT Baş Assambleyasının sessiyası çərçivəsində üzv ölkələrin xarici işlər nazirləri ilə görüşüb – FOTO

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərdən Madaqaskar xarici işlər naziri Patrik Rajoelina, Nikaraqua xarici işlər naziri Denis Moncada Kolindres və Kabo Verdenin xarici işlər naziri Rui Figeredo Soares ilə ikitərəfli görüşlər keçirib.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, görüşlərdə Azərbaycan ilə QH üzv ölkələrinin əlaqələrinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Tərəflər, ölkələr arasında mədəniyyət, turizm, nəqliyyat, humanitar, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib, habelə beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşlərdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək, BMT Baş Assambleyasının 76-cı sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı Azərbaycanın Hərəkatda sədrlik prioritetləri müzakirə mövzusu olub. Nazir Ceyhun Bayramov Azərbaycanın pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etdiyini və bunun yarısının Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulduğunu qeyd edib. Həmçinin Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizdə təhsil almaq imkanı verən təqaüd proqramı barədə qarşı tərəfə məlumat verilib.

Müqabil tərəflər Azərbaycanın QH-yə uğurlu sədrliyini və Azərbaycan Prezidentinin QH sədri qismində COVİD-19-a qarşı mübarizə ilə bağlı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri təqdir etdiklərini bildiriblər.

Tərəflər beynəlxalq gündəlikdəki cari məsələlər, o cümlədən regional vəziyyət barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistanın növbəti təcavüzünə cavab olaraq ötən ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən Müharibəsi, 10 noyabr tarixli üçtərəfli bəyanat və onun icrası barədə qarşı tərəfə məlumat verib. Eyni zamanda, münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsini qeyd edən Ceyhun Bayramov, yeni təhlükəsizlik və əməkdaşlıq çərçivəsinin yaradıldığını və bunun bölgənin inkişafı və rifahı üçün yeni imkanlar açdığını bildirib.

Görüşdə, tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Paylaş:
398

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər