İƏT Daimi İnsan Hüquqları Komissiyası ermənilərin törətdiyi hüquq pozuntuları ilə bağlı hesabat hazırlayacaq
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyası Azərbaycan ərazilərinin erməni işğalı altında olduğu dövrdə törədilən insan hüquqları pozuntuları, o cümlədən mədəni, dini və digər hüquq pozuntuları barədə hesabat hazırlayacaq.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyası sədrinin müavini Hacı Ali Açıqgül jurnalistlərə deyib.
O bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətlə bağlı hesabat 2022-ci ildə İƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında müzakirəyə təqdim olunacaq.
H.Açıqgül vurğulayıb ki, bu gün komissiya üzvləri Azərbaycan rəsmiləri ilə görüşəcəklər, sabah isə azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəcəklər.