Zaqatalada sel bir nəfərin ölümünə səbəb olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada sel bir nəfərin ölümünə səbəb olub

S.Xankişiyeva16:28 - 25 / 09 / 2021
Zaqatalada sel bir nəfərin ölümünə səbəb olub

Zaqatala rayonunda qeydə alınmış sel bir nəfərin ölümünə səbəb olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, sentyabr ayının 22-si axşam saatlarından sentyabrın 25-i günorta saatlarına kimi ölkənin şimal-qərb bölgəsini əhatə edən Balakən və Zaqatala rayonları ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub. Rayonlara sentyabrın 23-ü gecə saatlarında leysan yağışları yağıb. Leysan yağışları nəticəsində Balakən, Katex, Tala və digər çaylarda suyun səviyyəsi qalxıb.

Sentyabrın 23-ü gecə saatlarında çaylardan bir-neçə saat ərazində sel keçib. Sel nəticəsində Balakən və Zaqatala rayonlarında ümumilikdə 700-ə yaxın evin həyətyanı sahəsini və evlərin birinci mərtəbəsini sel suları dolub, hektarlarla əkin sahələrinə və fındıq bağlarına sel suları dolub. Elektrik və rabitə sisteminə ziyan dəyib.

Bundan başqa, Zaqatala rayonunun Qəbizdərə kənd sakini, 1968-ci il təvəllüdlü Abdulbari Müslüm oğlu Abdulxalıqov Katex çayını keçməklə Balakən rayonunun Katex kəndi ərazisinə getmək istəyərkən sel sularında boğularaq ölüb.

Tala çayından sel keçməsi nəticəsində Zaqatala rayonunun 17 min əhalisi olan Yuxarı Tala və Aşağı Tala kəndlərinin içməli su xətti sıradan çıxıb.

Paylaş:
343

Son xəbərlər

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26
Bütün xəbərlər